Geri

FHN-in regional mərkəzlərində “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir

8 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Qarabağ, Şimal və Cənub regional mərkəzlərində “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.

Tədbirlərdə çıxış edən natiqlər Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçiliyimizin varlığını, xalqımızın amallarını ifadə edən üçrəngli bayrağımızın milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini bildirmişlər. Çıxışlarda həmçinin, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünün ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən irəli sürüldüyü xatırlanmış, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə Sərəncamının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etməsi xüsusilə vurğulanmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu