Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək konfran işirakçılarını salamlayaraq, 9 noyabr-Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

Daha sonra Mehman İsmayılov hesabat-seçki konfransının işini açıq elan etmişdir. Sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Samir Nəbiyev hesabat məruzəsi ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, Həmkarlar İttifaqı Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurmuş, həmçinin tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət-ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlər keçirmişdir. Eyni zamanda, komitə üzvü olan işçilərin doğum günləri qeyd edilmiş, sosial vəziyyətləri aşağı olan işçilərə maddi və mənəvi köməklik göstərilmiş, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov çıxış edərək komitə üzvlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların edilməsinə, xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə təşəkkürünü bildirmişdir.

Konfransda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Samir Nəbiyev yenidən sədr seçilmişdir. Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının növbəti aylarda keçiriləcək konfransında iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsindən nümayəndələr seçilmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu