Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 8 noyabr 2017-ci il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Təhlükəsizlik və Mühafizə İdarəsinin əməkdaşlarına xüsusi və qapalı obyektlərin yanğın təhlükəsizliyi barədə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, xüsusi və qapalı obyektlərdə yanğına qarşı rejimin bütün tələblərinə riayət edilməli, ərazisi təmiz saxlanılmalı, yanar tullantılardan daim təmizlənməlidir. Yanğına qarşı su mənbələrinin, çöl (xarici) yanğın nərdivanlarının, bina və tikililərinin girişlərinin tez tapılması üçün müəssisələrin, bazaların, anbarların və digər obyektlərin əraziləri gecə vaxtı işıqlandırılmalıdır. İşin sonunda təyinatından asılı olmayaraq nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası istisna olunmaqla) şəbəkədən ayrılmalıdır.

Tədbirdə həmçinin yanğın zamanı davranış qaydaları, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır. Iclas iştirakçılarına "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları", "İnzibati binaların yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçaları təqdim edilmişdir.

Sonda Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin mühəndis-texniki vasitələr üzrə rəis müavini Ceyhun Qasımov keçirilən maarifləndirmə tədbirinə  görə öz minnətdarlığını bildirmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu