Geri

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək konfran işirakçılarını salamlamış, tədbirin 9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı günü ərəfəsinə təsadüf etməsi səbəbindən hər kəsi bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Daha sonra İttifaq sədri hesabat-seçki konfransının işini açıq elan etmiş, rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir.

Sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Bayramov hesabat məruzəsi ilə çıxış etmişdir. O bildirmişdir ki, komitə hesabat dövrü ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurmuşdur.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti  rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov çıxış edərək komitə üzvlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların edilməsinə, xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə təşəkkürünü bildirmişdir.

Konfransda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçkisi keçirilmiş və Məzahir Bayramov  yenidən  sədr seçilmişdir. Konfransdan sonra Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan, yubiley yaşları tamam olan 4 əməkdaş  fəxri fərman və qiymətli hədiyyələrlə  mükafatlandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu