Geri

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

7 noyabr 2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində yerləşən Laçın rayonu Sadınlar kənd tam orta məktəbində Fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə FHN-in yerli qurumlarının və Laçın rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak etmişlər. Müəssisə kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması məqsədi güdən tədbirdə “Dəm qazı”, “Sel və daşqın”, “Zəlzələ”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Məişətdə civə dağılmaları” mövzularında çıxışlar edilmişdir.

Tədbir zamanı video materiallar və video çarxlardan istifadə edilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu