Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 7 noyabr 2017-ci il tarixində növbəti maarifləndirmə tədbirini “Azərtrans LTD” MMC-nin Bakı Neft Terminalının mühəndis-texniki işçiləri arasında aparmışdır. Tədbir zamanı mühəndis-texniki işçilərə “Ümumi təhlükə və yanğınların baş vermə səbəbləri”, “Yanğın baş verən hallarda vacib olan əməli hərəkətlərin həyata keçirilməsi”, “Obyektdə mövcud olan ilkin odsöndürmə ləvazimatları və onların istifadə qaydaları” mövzularında məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin!” mövzusunda yaddaş vərəqələri tədbir iştirakçılarına paylanmış və “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları rəhbərliyə təqdim edilmişdir.

Sonda “Azərtrans LTD” MMC-nin Bakı neft terminalının direktoru Azər Məmmədov keçirilən maarifləndirmə tədbirinə görə kollektiv adından öz minnətdarlığını bildirmişdir.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu