Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində 7 noyabr 2017-ci il tarixində Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, texnogen qəzaların baş verməsində insan amili, daşqın, ildırım, sel, yanğın və zəlzələ zamanı hərəkət qaydaları kimi mövzularla bağlı ətraflı məlumat verilmişdir.

Toplantıda FHN-in fəaliyyət istiqamətləri, məişətdə yanğın və zəlzələ zamanı təxliyyə qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin rolu kimi mövzular geniş müzakirə olunmuşdur.

Sonda daşqın, sel, zəlzələ, dəm qazı və odsöndürücü balonlardan istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu