Geri

FHN-in Aran Regional Mərkəzində şagirdlərlə görüş keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 30 noyabr 2017-ci il tarixində Yevlax şəhəri Səməd Vurğun adına 5 nömrəli tam orta məktəbinin şagirdləri ilə görüş keçirmişdir. Mərkəzin inzibati binasında təşkil edilmiş tədbirin keçirilməsində əsas məqsəd yuxarı siniflərdə təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri nazirliyin, o cümlədən mərkəzin fəaliyyəti ilə daha yaxından tanış etmək olmuşdur.

Tədbirdə Aran Regional Mərkəzinin əməkdaşları ilə yanaşı, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Yevlax rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları da iştirak etmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzdə yerləşən büstünün önünə gül dəstələri qoyulmuşdur. Sonra şagirdlər Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olmuşlar.

Mərkəzin akt zalında keçirilən toplantını giriş sözü ilə açan Mərkəzin rəisi polkovnik-leytenant Asif Məmmədli tədbir iştirakçılarına FHN-in sturkturu və fəaliyyəti barədə məlumat vermiş, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı danışmışdır. Görüşdə Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Daha sonra şagirdlər Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin yataqxanası, xilasedicilər üçün təşkil olunan dərslərin keçirildiyi otaqlar, eləcə də Mərkəzin anbarları  və balansında olan texnikalarla tanış olmuşlar. Bundan başqa, yanğınsöndürmə texnikası və vasitələri, Mərkəzə məxsus olan  “Nissan Patrol” markalı xüsusi təyinatlı avtomobil və həmin avtomobilin təchiz olunduğu spesifik alət və avadanlıqlar şagirdlərə əyani olaraq göstərilmiş və qeyd olunan vasitələrin təyinatı barədə məlumat verilmişdir. Görüş zamanı yüksəkmərtəbəli binada bağlı qapı arxasında qalmış zərərçəkmiş şəxsin şərti xilas edilməsi əməliyyatı praktiki göstərilmişdir. Sonra yanğınsöndürən avtomobilin işə salınması və yanğının söndürülməsi tapşırığı yerinə yetirilmiş, şərti yaralılara ilkin tibbi yardımın həyata keçirilmə qaydaları izah olunmuşdur.

Sonda şagirdlərli maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu