Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti noyabrın 29-da Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 1 № li sexinin 1№-li çənlər parkında 4 saylı çağrışla "Çənlərdə yanğın zamanı neft məhsullarının  söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

Təlimdə məqsəd yanğın yerinə yanğın bölmələri çatana qədər mühəndis-texniki işçilərin vəzifələrinin yerinə yetirilməsini və məlumatların ardicıllıqla ötürülməsini, əməliyyat yanğınsöndürmə qərərgahının qüvvə və vasitələrə rəhbərlik etməklə yanğınsöndürməyə aid olan əməliyyat sənədlərinin tərtib olunmasını və  texniki təhlükəsizlik qaydalarının öyrədilməsi olmuşdur.

Təlim təsdiq olunmuş plan üzrə həyata keçirilmiş və şərti yanğın müvəffəqiyyətlə söndürülmüşdür. 

Təlimdən sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev tərəfindən əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyəti müzakirə olunmuşdur. Şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları qiymətləndirilmişdir.

Yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, taktiki imkanlardan maksimum istifadə etməklə onların döyüş hərəkətlərinin həlledici istiqamətlərində tez və vaxtında cəmləşdirib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarlar qəbul edilməsi istiqamətində vəzifələrin icra olunması ilə bağlı şəxsi heyətə tövsiyələr verilmişdir. Mövcud nöqsanların aradan qaldırılması, həmçinin, yanğından mühafizə hissələrinin və qarnizonlarının döyüş hazırlığının yüksək səviyyədə təkmilləşdirilməsində və inkişaf etdirilməsində ən yüksək taktiki hazırlıq forması kimi yanğın-taktiki təlimlərin rolunun artırılması üçün şəxsi heyət qarşısında konkret vəzifələr qoyulmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu