Geri

GUAM-ın Fövqəladə Hallar üzrə İşçi Qrupunun 17-ci iclası keçirilmişdir

20-21 noyabr 2017-ci il tarixlərində GUAM-ın Katibliyində Fövqəladə Hallar üzrə İşçi Qrupunun 17-ci iclası keçirilmişdir. Gürcüstan tərəfinin sədrliyi ilə keçirilmiş toplantıda bütün üzv dövlətlərin nümayəndələri iştirak etmişdir. İclasda 2016-2017-ci illərdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı  çərçivəsində "PPRD EAST-II" layihəsinin  həyata keçirilməsi, GUAM təşkilatına üzv ölkələrin nüvə, radiasiya, kimyəvi və bioloji terrorizm təhlükələrinin qarşısının alınması və mümkün nəticələrinin aradan qaldırılması üzrə tədbirlərdə iştirakı və Dunay çayının deltasında transsərhəd sənaye qəzalarının nəticələrinin aradan qaldırılması üzrə layihənin ikinci fazasının başlanılmasına dair fikir mübadiləsi aparılmışdır.  

İşçi Qrupu ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə birgə tədbirlər planının hazırlanması, GUAM ölkələrindən olan tələbələrin Ukraynanın müvafiq təhsil müəssisələrində təhsil almasının təşkilinə dəstəyin göstərilməsi, İşçi Qrupunun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına tanışlıq səfərinin təşkili ilə bağlı məsələləri də müzakirə etmişdir.

İclasda GUAM-ın Fövqəladə Hallar üzrə İşçi Qrupunun 2017-ci il üzrə iş planının icrasına dair hesabat və 2018-ci il üçün iş planı təsdiq olunmuşdur.

İşçi Qrupunun növbəti iclasının 2018-ci ilin ikinci rübü ərzində keçirilməsi qərara alınmışdır. 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu