Geri

FHN-in Bakı Regional Mərkəzində “Cəsurluq məktəbi” açıq qapı günü keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 2017-ci il noyabr ayının 29-da Mərkəzin bazasında növbəti “Cəsurluq məktəbi” açıq qapı günü keçirmişdir.

Açıq qapı gününün keçirilməsində məqsəd Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin qurumlarının fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olmuşdur.

Keçirilmiş digər maarifləndirmə tədbirlərindən fərqli olaraq “Cəsurluq məktəbi” açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilmişdir. Belə ki, tədbirdə iştirak etmiş 40 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclər olmuşdur.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olmuşdur.

Praktik hissə zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında istifadə olunan texnika, alət və avadanlıqlar nümayişi etdirilmiş, onların iş prinsipi barədə məlumat verilmişdir.

Nəzəri hissə zamanı isə Mərkəzin rəis müavini Kamil Bağırov tədbir iştirakçılarının öz gələcək fəaliyyətlərini məhz fövqəladə hallar orqanları ilə bağlamaq istəklərini təqdirəlayiq hesab etmişdir.

Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov “Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək Mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi işlər və apardığı maarifləndirmə fəaliyyəti barədə qısa məlumat vermişdir.

Çıxışdan sonra Mərkəzin keçirdiyi maarifləndirmə tədbirləri barədə bir sıra videoçarxlar nümayiş etdirilmişdir.

Tədbirdə, həmçinin “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu