Geri

FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə baxış-müsabiqə keçirmişdir

29 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Bakı və Sumqayıt qarnizonunun Yanğından Mühafizə Hissələri arasında “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilmişdir.

Müsabiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı və Sumqayıt qarnizonunun 13 yanğından  mühafizə hissəsi iştirak etmişdir. Hər bir hissənin 3 yanğınsöndürmə növbəsi iştirak etməklə ümumilikdə 39 yanğınsöndürmə növbəsi yarışda mübarizə aparmışdır.

Komandalar manqa şəklində “MAN” markalı AÇ-2,5T avtomobilində, tərkibi 7 nəfər olmaqla, yanğınsöndürmə növbəsinin rəisi və ya köməkçisi, manqa komandiri, sürücü, dörd yanğınsöndürəndən ibarət təmsil olunmuşdur.

Gərgin mübarizə şəraitində keçən müsabiqədə Sumqayıt ŞDYMİ-nin 2 nömrəli yanğınsöndürmə növbəsi 1-ci yeri, Səbail RDYMH-nin 1 nömrəli yanğınsöndürmə növbəsi 2-ci yeri, Abşeron RDYMH-nin 1 nömrəli yanğınsöndürmə növbəsi isə 3-cü yeri tutmuşdur. Həmçinin, hər bir hissədən iştirak edən 3 yanğınsöndürmə növbəsinin əldə etdiyi ümumi nəticələrə görə Abşeron RDYMH-i “Ən yaxşı hissə”  adına layiq görülmüşdür.

Qaliblərə sonda,  Fövqəladə Hallar Nazirliyi  işçiləri Həmkarlar İttifaqı tərəfindən medal, diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu