Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 noyabr 2017-ci il tarixində ölkəmizdəki digər ali məktəblərin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Əvvəlcə konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, son illər Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-texniki nailiyyətlərinin ümumiləşdirilməsi və yayılması, elm-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək qiymətləndirmişdir. “Gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır” deyən general-mayor Pənah Süleymanov çıxışında ölkəmizdə təhsilin və elmin inkişafına hər cür şərait yaradıldığını, bu sahəyə dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

Konfransda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları Mirramin Yunusov və İbrahim Şiriyev, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Reyhanə Məmmədtağıyeva və Səbinə Əhmədova məruzələrlə çıxış etmişlər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

Akademiyanın “Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənnləri” kafedrasının rəisi polkovnik texnika üzrə fəlsəfə doktoru İlqar Dadaşov, “Yanğın, xüsusi hazırlıq və ixtisas fənnləri” kafedrasının rəisi daxili xidmət polkovnik-leytenantı texnika üzrə fəlsəfə doktoru Kazım Kazımov, “Humanitar fənnlər” kafedrasının müdiri filologiya elmləri doktoru professor Bahar Cəfərova və Hərbi kafedranın rəisi polkovnik Hüseynqulu Həsənovun sədrlik etdiyi bölmələrdə müxtəlif mövzular üzrə kursant və tələbələrin məruzələri dinlənilmişdir.

Tədbirin sonunda bir neçə kursant və tələbə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunmuşdur.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu