Geri

FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidməti seminar-müşavirə keçirmişdir

24 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə nazirliyin Akademiyasında “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusunda seminar-müşavirə keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR), BP Azərbaycan şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsi Su Nəqliyyatında Polis idarəsinin, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC-nin nümayəndələri iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan Akademiyanın rəis müavini Cabir Həsənov tədbir haqda məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır.

Daha sonra çıxış edən FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Fuad Bağırov tədbirin əhəmiyyətindən ətraflı bəhs etmiş, dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi üzrə görülmüş işlərdən, bu sahədə nazirliyin digər aidiyyəti qurumlarla sıx əməkdaşlığından danışmışdır.

Çıxış edən digər natiqlər qarşıda duran problemlər və onların aradan qaldırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulamışlar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu