Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 21 noyabr 2017-ci il tarixində Qax rayonu Zəyəm kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi iştirak etmişdir.

Tədbirdə dinləyicilərə “Fövqəladə hallar barədə ümumi məlumat”, “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112” qaynar xətti” haqqında geniş məlumat verilmişdir. Mövzular video-slayd vasitəsilə müşayiət olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu