Geri

“Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda beynəlxalq seminar keçirilmişdir

ATƏT-in Düşənbədəki ofisinin və Tacikistan Respublikasının Energetikia və Su Ehtiyatları Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə 20 noyabr 2017-ci il tarixində Bakı şəhərində “Hidrotexniki qurğuların təhlükəsizliyi sahəsində istismarçı təşkilatların fəaliyyətinin öyrənilməsi” mövzusunda seminar keçirilmişdir.

“Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi  sahəsində  dövlət nəzarəti xidmətinə dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə ATƏT-in, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Tacikistan Respublikasının Energetikia və Su Ehtiyatları Nazirliyinin əməkdaşları ilə yanaşı, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Tacikistan Respublikası Prezidentinin İcra Aparatının yanında İnfrastruktur inkişafı idarəsinin məsul əməkdaşları iştirak etmişlər. 

Seminarı açan FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini polkovnik Səmədağa Səmədov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verir və  Azərbaycanın ev sahibliyi və dəstəyi ilə keçirilən bu beynəlxalq tədbir də hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsi işinə böyük töhfə verəcəkdir. O, su ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN-in gördüyü işlər barədə qonaqlara məlumat vermişdir.

Tacikistan Respublikası Prezidentinin icra Aparatı yanında İnfrastruktur inkişafı İdarəsinin baş mütəxəssisi Cəmşid Babazadə seminarın həsr olunduğu mövzunun əhalinin içməli si ilə təchiz olunması və iqtisadiyyatın inkişafı baxımından böyük aktuallıq kəsb etdiyini diqqətə çatdırmış və verilən dəstəyə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirmişdir.  O, Tacikistan Respublikasında sözügedən sahədə görülən işlərlə bağlı seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

Toplantıda seminarın mözusuna dair müxtəlif məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Seminar iştirakçılarının Ceyranbatan və Taxtakörpü Su anbarlarına tanışlıq səfərləri də nəzərdə tutulmuşdur. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu