Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 1 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA Rəyasət Heyəti Aparatının ikinci Xüsusi şöbəsi tərəfindən təşkil olunan seminar-məşğələ keçirmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, onun struktur vahidi olan DYNX-nin fəaliyyəti barədə geniş məlumat verilmiş, yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun mahiyyəti onlara izah olunmuş, yanğın təhlükəsizliyi qaydaları barədə geniş danışılaraq suallar cavablandırılmış, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumatlar verilmişdir. Xidmət tərəfindən hazırlanmış  “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri və “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası tədbir iştirakçılarına paylanmışdır. AMEA RH Aparatının 2-ci Xüsusi Şöbənin rəisi Eldar Quliyev seminar-məşğələnin təşkilinə görə minnətdarlığını bildirmişdir. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu