Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparmışdır. Xidmətin əməkdaşları sakinlərə mənzilləri işıqlandırmaq məqsədilə açıq alovdan (şam, məşəl) istifadə edilməsi, sobanın üzərində və yanında paltar qurudulması, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsi, bacalarda və çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının saxlanması, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunması zamanı yarana biləcək təhlükələr barədə məlumat vermişlər. Eyni zamanda uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yarada bilməsi məsələsi sakinlərin nəzərinə çatdırılmış, “Vətəndaşların nəzərinə” və “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri paylanmışdır.  

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu