Geri

FHN-in qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və FHN-in İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə 16-17 noyabr 2017-cı il tarixlərində nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 18-ci hissəsinin idman zalında keçirilən yarışda nazirliyin 13 qurumunun 81 idmançısı mübarizə aparmışdır.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilmiş yarışları baş hakimi beynəlxalq dərəcəli hakim Elman İsmayılov olmuşdur.

Gərgin mübarizə şəraitində keçən yarışda şəxsi birincilikdə qaliblər müəyyən olunmuşdur. Belə ki, 57 kq çəkidə Carçıyev Həsən (DYMX), 61 kq çəkidə İsgəndərov Orxan (DYMX), 65 kq çəkidə Süleymanov Cəlal (XRXX), 70 kq çəkidə Umayev Tural (FHN-in Akademiyası), 75 kq çəkidə Qəmbərov Elmir (XRXX), 86 kq çəkidə İsmayılov Sübhan (XRXX), 97 kq çəkidə Qasımov Elman (DYMX) və 125 kq çəkidə Hümbətov Səbuhi (XRXX) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Komanda hesabında isə 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yerə isə FHN Akademiyasının komandası layiq görülmüşdür.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışlar.

Qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Füzuli Musayev, həmçinin tədbirdə qonaq qismində iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Pərviz Abdullayevi ABŞ-ın Los-Anceles şəhərində keçirlmiş kinqboks üzrə kəmər döyüşünün qalibi olması münasibətilə təbrik etmişdir. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu