Geri

FHN Bakı Regional Mərkəzi rayon müşavirələri keçirmişdir

Noyabrın 16-da FHN-in Bakı Regional Mərkəzi tərəfindən payız-qış mövsümünə hazırlıq çərçivəsində Xəzər və Pirallahı rayon icra hakimiyyətləri ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirələri keçirilmişdir.

Tədbirlərdə Xəzər və Pirallahı rayonlarının İcra hakimiyyətlərinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonların təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də FHN-in Bakı Regional Mərkəzinin, FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin məsul işçiləri iştirak etmişlər.

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən müşavirələrin əhəmiyyətinə toxunan Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov və Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov sakinlərin bu istiqamətdə maarifləndirilməsinin ən ümdə vəzifələrdən olduğunu vurğulamışlar.

Toplantılarda FHN-in Bakı Regional Mərkəzinin nümayəndəsi çıxış edərək Bakı şəhərində 2016-cı və 2017-ci illərin 10 ayı ərzində baş vermiş yanğınların və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin, Xəzər və Pirallahı rayon Dövlət Yanğından Mühafizə hissələrinin rəisləri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar etmişlər.

Rayonların Enerji Təchizatı və Satışı idarələrinin, Mənzil Kommunal Təsərrüfat birliklərinin, Təcili və Təxirəsalınmaz Yardım stansiyalarının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”  və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələr etmişlər.  

Tədbirlərdə çıxış edən FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov yanğın hadisələrinə qarşı mübarizədə maarfiləndirmənin rolundan danışmış, belə hallarla mübarizəyə dair praktik tövsiyələr vermişdir.

Müşavirələrin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuş, tədbir iştirakçıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılmışdır. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu