Geri

FHN-in Bakı Regional Mərkəzində təlim kursu keçirilmişdir

Noyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması” mövzusunda təlim kursu keçirilmişdir.

Toplantıda FHN Aparatının və qurumlarının nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri və icra katibləri, Bakı şəhərində fəaliyyət göstərən rayon bələdiyyələrinin nümayəndələri iştirak etmişdir

Tədbirin keçirilməsində məqsəd bələdiyyə nümayəndələrinə fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlərin görülməsi, belə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində bilik və bacarıqların, eləcə də fövqəladə hadisələr zamanı FHN və aidiyyəti qurumlarla birgə fəaliyyətinin təkmilləşdirilməsi olmuşdur.

Tədbirin nəzəri hissəsini giriş söz ilə açan Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov tədbirin əhəmiyyətindən danışaraq, əhalinin fövqəladə hadisələrə hazırlanmasında fövqəladə hallar, yerli icra və özünüidərəetmə orqanlarının birgə fəaliyyətinin vacib olduğunu qeyd etmişdir.

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının İcra katibi Vüsal Paşayev qeyd etmişdir ki, fövqəladə hadisələrdən mühafizə üsulları və belə hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə və təbliğat işinin aparılması böyük önəm kəsb edir.

Daha sonra tədbirdə iştirak edən milli assosiasiyaların və paytaxt bələdiyyələrinin nümayəndələri tərəfindən əhalinin fövqəladə hallara hazırlanması istiqamətində görülən işlər və bu sahədə mövcud olan problemlər barədə məlumat verilmiş, görülən işlərin səmərəliliyinin artırılması ilə bağlı təkliflər səsləndirilmişdir.

Çıxışlardan sonra müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar zamanı hərəkət qaydalarına həsr olunmuş “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”na aid videoçarxlar nümayiş etdirilmişdir.

Təlim kursunun praktik hissəsinin keçirilməsinə Bakı Regional Mərkəzi ilə yanaşı, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətləri, Mülki Müdafiə Qoşunları, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvə və vasitələri cəlb edilmişdir.

Sonda xüsusi xilasetmə texnika və avadanlıqlarına baxış keçirilmiş, iştirakçılara onların iş prinsipi və istifadə qaydaları barədə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu