Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış sektorunda yanğına qarşı təbliğat işlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 5 oktyabr 2017-ci il tarixində paytaxtın Yasamal və Nəsimi rayonlarının yaşayış binalarındakı mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparmışdır. Xidmətin əməkdaşları sakinlərə mənzilləri işıqlandırmaq məqsədilə açıq alovdan (şam, məşəl) istifadə edilməsi, sobanın üzərində və yanında paltar qurudulması, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsi, bacalarda və çardaqlarda tez alışan əşya və məişət qaz balonlarının saxlanması, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunması zamanı yarana biləcək təhlükələr barədə məlumat vermişlər. Eyni zamanda payız-qış mövsümü ilə əlaqədar tüstü bacaların təmizlənməsinin, mənzildən çıxarkən elektrik avadanlığının şəbəkədən ayrılmasının və qaz cihazlarının söndürülməsinin vacibliyi diqqətə çatdırılmışdır. Sakinlərə “Vətəndaşların nəzərinə”, “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri də paylanmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu