Geri

FHN-in Akademiyasında “Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

5 oktyabr 2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının birgə təşkilatçılığı ilə ali təhsil ocağında “Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını “Müəllimlər günü” münasibəti ilə təbrik edərək bildirmişdir ki, müəllimlər gənc nəslin tərbiyəsində, onların dünyaya baxışının formalaşmasında böyük rola malikdir. Ulu Öndərimizin “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” kəlamını xatırladan natiq ümummilli lider Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə çox yüksək qiymət verdiyini bildirmişdir. Qeyd etmişdir ki, bu gün Ulu Öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur və Prezident İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar müəllimlərin də fəaliyyətinə müsbət təsir göstərir.

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov bu gün munasibəilə müəllimləri təbrik edərək qeyd etmişdir ki,  1994-cü ildə YUNESKO tərəfindən 5 oktyabr tarixi “Beynəlxalq Müəllimlər günü” elan edilmişdir. Bu günü Azərbaycanla yanaşı dünyanın 100-dən artıq ölkəsi qeyd edir. O, ölkə rəhbərliyi tərəfindən hər zaman müəllim əməyinə yüskək qiymət verildiyini və müəllimlərə diqqət və qayğı ilə yanaşıldığını xatırlatmışdır.

Akademiyanın Humanitar fənlər fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Fizuli İbrahimzadə “Beynəlxalq Müəllimlər günü” ilə bağlı çıxış etmiş, bu əlamətdar tarixin əhəmiyyətindən danışmışdır.

Sonda bir qrup qabaqcıl müəllimlərə Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur. 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu