Geri

FHN DYNX Milli Gimnastika Arenasının əməkdaşları üçün maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 30 oktyabr 2017-ci il tarixində növbəti maarifləndirmə tədbirini Nizami rayonu ərazisində yerləşən Milli Gimnastika Arenasında reallaşdırmışdır. Tədbir zamanı Milli Gimnastika Arenasının  əməkdaşlarına inzibati binalarda və arenanın mehmanxana bölməsinin yanğın təhlükəsizliyi qaydaları, yanğın zamanı davranış qaydaları, ilkin odsöndürmə vasitələri, onların istismarı və tətbiqi qaydaları haqqında ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Arenanın  əməkdaşlarına “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər paylanmışdır.  

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Qızılağac Milli Parkının ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maairfləndirmə tədbiri keçirib....

Ardını oxu

Təşkilati-metodiki göstərişlərin icrası təmin olunur

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə 2021-ci......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz, Şəmkir və Qazax rayon Mərkəzi xəstəxanalarında, həmçinin Gəncə şəhər A.Səhhət adına xəstəxanada yanğın təhlükəsziliynə dair maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu