Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

3 oktyabr 2017-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Bərdə rayonu V.Sadıqov adına Şirvanlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in yerli qurumlarının və Bərdə rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak etmişlər. Maarifləndirmə tədbirində “Dəm qazı”, “Sel və daşqın”, “Zəlzələ”, “112” qaynar xətti”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Məişətdə civə dağılmaları” mövzularında çıxışlar edilmişdir. Tədbir zamanı video materiallar və çarxlardan istifadə edilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. 

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Mingəçevir SES silsiləsi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu