Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 3 oktyabr 2017-ci il tarixində Xaçmaz rayonu Arzu qəsəbəsi tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri ilə yanaşı fəlakət riskinin azaldılması yolları, icma və ya cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti kimi mövzularda biliklərin aşılanması olmuşdur.                                          

Toplantıda FHN-in fəaliyyət istiqamətləri, yanğın, zəlzələ, ildırım və daşqın zamanı davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin rolu kimi mövzularla bağlı ətraflı məlumat  verilmişdir.

Sonda məişətdə civə dağılması, dəm qazı, sel, zəlzələ və odsöndürücü balonlardan istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Mingəçevir SES silsiləsi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu