Geri

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

25 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov hesabat-seçki konfransının işini açıq elan edərək görülmüş işlər haqqında məlumat vermişdir.

Sonra Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri hesabat məruzəsi ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, Həmkarlar İttifaqı Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliği əsasında qurmuşdur. Həmçinin tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət-ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlər təşkil edilmiş, komitə üzvü olan işçilərin doğum günləri qeyd olunmuş, sosial vəziyyətləri aşağı olan işçilərə maddi və mənəvi köməklik göstərilmiş, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Daha sonra Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən mayor Müsəddiq Əsədov çıxış edərək komitə üzvlərinin asudə vaxtlarını səmərəli keçirməsinə, səhhətində problem yaranmış işçilərin sağlamlığının təmin olunması məqsədilə ixtisaslaşmış sanatoriyalara yollayışların verilməsinə, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların göstərilməsinə, xidmət vaxtı xüsusi fərqlənən və yubiley yaşları tamam olan üzvlərin fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılması kimi işlərə görə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqına təşəkkürünü bildirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Zaur Hüseynov yenidən sədr seçilmişdir. Konfransda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının konfransında iştirak etmək üçün Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi işçilərinin Həmkarlar İttifaqı Komitəsindən nümayəndələr seçilmişdir.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Qızılağac Milli Parkının ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maairfləndirmə tədbiri keçirib....

Ardını oxu

Təşkilati-metodiki göstərişlərin icrası təmin olunur

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə 2021-ci......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz, Şəmkir və Qazax rayon Mərkəzi xəstəxanalarında, həmçinin Gəncə şəhər A.Səhhət adına xəstəxanada yanğın təhlükəsziliynə dair maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu