Geri

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində 2017-ci il oktyabr ayının 10-da Yasamal rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev tədbirin əhəmiyətindən bəhs etmişdir. O, yanğınların yol açdığı faciələrin qarşısının alınmasında birgə fəaliyyətin vacibliyini vurğulamışdır.

FHN-in Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasımov yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışmışdır.

Toplantıda Bakı Regional Mərkəzinin nümayəndəsi çıxış edərək, Bakı şəhərində 2016 və 2017-ci illərin 8 ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılması yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məlumatlar vermişlər. Çıxışlar zamanı yanğınların baş vermə səbəbləri barədə danışılmış, onlardan qorunma yolları barədə praktik tövsiyələr verilmişdir.

Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”  və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, odsöndürən balondan istifadə qaydaları və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır. 

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu