Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbir keçirmişdir

10 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Ağcabədi şəhəri M.F.Axundov adına 3 nömrəli məktəb-liseyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin təşkil edilməsində məqsəd gənc nəslə təbii və texnogen mənşəli fövqəladə hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur. Toplantıda fövqəladə hallar, onların xüsusiyyətləri barədə dinləyicilər məlumatlandırılmış, “Zəlzələ”,  “Sel və daşqın”, “Hidrodinamik qəzalar”, “Əyində geyim yanarkən davranış qaydaları”, “112” qaynar xətti”nə müraciət qaydaları” və “Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları” mövzularına dair ətraflı məlumatlar verilmişdir. Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı materiallar paylanmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu