Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

Həmin əməliyyat tədbirləri nəticəsində  23, 24, 25, 27 və 30 yanvar  2017-ci il tarixlərində  gəmi istifadəçiləri tərəfindən Xəzər dənizində Qaradağ rayonu, Novxanı, Nardaran  və  Ələt qəsəbələri istiqamətində dörd  ədəd, Xaçmaz rayonu ərazisində  bir ədəd, Lənkaran rayonu sahilyanı ərazisində isə bir ədəd "Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət" və "Kiçik həcmli gəmilərə  texniki nəzarət" qaydalarının pozulduğu faktı aşkar edilmişdir.

Hər altı halda kiçik həcmli gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət tədbirləri davam etdirilir.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər rayonunun Zirə qəsəbəsində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN Akademiyası kursantlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub

FHN Akademiyasının kursantları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar. Ekskursiya kursantlara milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycan tarixi ilə bağlı biliklərinin zənginləşdirilməsi və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə təşkil edilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu