Geri

Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə uğurla davam etdirilir

27 yanvar 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində dislokasiya ərazisinə daxil olan rayonlar üzrə sel təhlükəsi ehtimal olunan kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə toplantı keçirilmişdir.

Tədbirdə qeyd edilmişdir ki, BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdiyi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyinin azaldılmasından ibarət olmuşdur.

Layihə çərçivəsində Qəbələ rayonunda bir neçə dəfə “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırmanın aləti kimi”, “İcma əsaslı erkən xəbərdarlıq sistemləri və icmaların su ilə bağlı yarana biləcək problemlərə hazırlığı”, “Daşqınlara qarşı icma əsaslı erkən xəbərdarlıq sistemi” və digər mövzularda keçirilmiş təlimlərdə iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılmış və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparılmış, həmçinin, Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi modeli və ondan istifadə vasitələri haqqında ətraflı maarifləndirilmişdir.

Sonda sel və daşqınların törətdiyi fəsadlar zamanı kənd icması tərəfindən ilkin cavab vermə tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi təyinatlı alət və avadanlıqlar paylanımış, Mərkəzin əməkdaşları tərəfindən alət və avadanlıqlardan istifadə qaydaları üzrə praktiki məşqələ keçirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu