Geri

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir

23-27 yanvar 2017-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 14 komandadan 60-ə yaxın əməkdaş iştrak etmişdir.

Beynəlxalq dərəcəli baş hakim Namiq İsmayılov və beynəlxalq dərəcəli hakim Vitaliy Sapronovun hakimlik etdiyi çempionatda yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunmuşdur. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası tutmuşdur.

Şəxsi hesabda 1-ci yerə Seyidov Anar (Əsaslı tikinti idarəsi), 2-ci yerə Dadaşov Paşa (Dövlət Yanğın Nəzarəti Xidməti) və 3-cü yerə isə Hüseynov Ayaz (“İzotop” xüsusi kombinatı) layiq görülmüşdür.

Sonra Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatın qaliblərini təbrik etmiş, onları diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.








Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu