Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbir keçirmişdir

25 yanvar 2017-ci ildə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birlikdə Beyləqan rayonu Y. Quliyev adına Bünyadlı kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumat verilmiş, “Dəm qazı”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” xidmətinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

Sonda videoçarx nümayiş olunmuş, suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.  

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu