Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi 18 yanvar 2017-ci il tarixində Göygöl rayonunun Nadil kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Göygöl Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları da iştirak etmişlər.

Toplantının keçirilməsində məqsəd məktəbin müəllim və şagirdlərinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları, elektrik və qaz cihazlarından istifadə zamanı diqqətli olmağın vacibliyi, mənzildə yanğın zamanı davranış qaydaları, daxili yanğın kranlarından və müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə yanğınlar, zəlzələ, dəm qazı təhlükəsi, “112” qaynar telefon xətti, civə dağılmalarının təhlükəsi, odsöndürən balonlardan istifadə qaydaları barəsində geniş məlumat verilmiş, mövzulara aid videofilmlər nümayiş olunmuşdur.

Sonda şagirdlərin sualları cavablandırılmışdır.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Ağcabədidə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu