Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 29 sentyabr 2016-cı il tarixində Gəncə şəhəri P. Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziyada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları da iştirak etmişdir.
Toplantının keçirilməsində məqsəd gimnaziyanın kollektivinə təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur.
Tədbirdə yanğınsöndürən balonlardan istifadə qaydaları əyani olaraq izah edilmiş, “112” qaynar telefon xətti, məişətdə civə dağılmalarının təhlükəsi haqqında geniş məlumat verilmişdir.
Sonda təbliğat materialları gimnaziyanın rəhbərliyinə təqdim edilmiş, suallar cavablandırılmışdır.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu