Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 28 sentyabr 2016-cı il tarixində Biləsuvar şəhər 4 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Məktəb kollektivinə Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti mövzularında geniş məlumat verilmişdir.
Sonda mövzulara dair videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.
19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...
Ardını oxu25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...
Ardını oxu