Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 27 sentyabr 2016-cı il tarixində Quba rayonunun Amsarqışlaq kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, dinc və ya müharibə dövründə mülki müdafiənin rolu, zəlzələ və yanğın zamanı təxliyyənin təşkili, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə müxtəlif fövqəladə halların qarşısının alınmasında qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Sonda zəlzələ, məişətdə civə dağılması və odsöndürücü balonlarından istifadə qaydaları haqqında videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu