Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

Əməliyyat tədbirləri nəticəsində sentyabrın 19-da Bakı şəhəri Qobustan qəsəbəsi, sentyabrın 22-də Bakı şəhəri Pirallahı rayonu, sentyabrın 22-23-də Lənkəran rayonu və sentyabrın 23-də Neftçala rayonu sahilyanı ərazilərində 9 su nəqliyyat istifadəçisi tərəfindən “kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət” və “kiçik həcmli gəmilərin texniki nəzarət” qaydalarının pozulduğu faktı aşkar edilmişdir.

Qaydaları pozan kiçik həcmli gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət tədbirləri davam etdiriləcəkdir.

 

 

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu