Geri

Qəbələdə səmti müəyyən etmə idman növü üzrə FHN-in qurumları arasında çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 21-23 sentyabr 2016-cı il tarixlərində Qəbələ şəhərində səmti müəyyən etmə idman növü üzrə nazirliyin qurumları arasında IV çempionat keçirilmişdir.

Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə üzrə idman yarışına 23 qurumdan 23 komanda olmaqla 95 kişi və 3 qadın idmançının qatıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, FHN-in əməkdaşları şəxsi birincilik üzrə də öz bacarıqlarını nümayiş etdirmişlər. Qeyd olunmuşdur ki, FHN-in səmti müəyyən etmə komandası dünya və Avropa çempionatlarında iştirak edəcək.

Tədbirdə FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik etmiş, ölkəmizdə səmti müəyyən etmə idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışmışlar.

Yarışların baş hakimi Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının hakimi Nataliya Əliyeva olmuşdur. Əvvəlcə kişi iştirakçılar kompas və xəritədən istifadə etməklə 4.2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparmışlar. Burada hər bir idmançıya 2 saat vaxt verilmiş, həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılmışdır. Qadınlar isə kompas və xəritədən istifadə etməklə 3.2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsinin tapılması uğrunda yarışmışlar. Həmin yarışda da iştirakçılara 2 saat vaxt verilmişdir.

Yarışda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, Bakı Regional Mərkəzinin komandası ikinci, Sumqayıt Regional Mərkəzinin komandası üçüncü yeri tutmuşdur. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci,  Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova üçüncü yerə çıxmışdır. Kişilərin yarışında FHN-in Mərkəzi aparatının əməkdaşı Elçin Əhmədov birinci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçisi Turan Şükürov ikinci, Mülki müdafiə qoşunlarının əməkdaşı Elçin Əzizov üçüncü yerə layiq görülmüşdür.. Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu