Geri

Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 22 sentyabr 2016-cı il tarixində Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantının keçirilməsində məqsəd kitabxananın  kollektivinə  təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları mövzuya aid məruzələrlə çıxış etmişlər. Həmçinin,  yanğınsöndürən balonlardan istifadə qaydaları əyani olaraq izah edilmişdir.

Bundan başqa, “112” qaynar telefon xətti, məişətdə civə dağılmalarının təhlükəsi haqqında da geniş məlumat verilmişdir. Sonda təbliğat materialları kitabxananın rəhbərliyinə təqdim edilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...

Ardını oxu