Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 31 avqust 2016-cı il tarixində Saatlı Mərkəzi Rayon Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə səhiyyə ocağının rəhbər işçiləri, həkimlər, tibb bacıları iştirak etmişdir.

Tədbir zamanı “112” qaynar xətti”, “Sel və daşqın”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Çimərlikdə təhlükəsizlik qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları” mövzularında cıxışlar edilmiş, təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları və onlardan qorunma üsulları haqqında məlumat verilmişdir. Həmçinin, Muğan Regional Mərkəzinin fəaliyyət istiqamətləri, gördüyü işlər, o cümlədən əhatə etdiyi xidməti ərazidə fəaliyyət göstərən xəstəxana, səhiyyə ocaqları ilə birgə səmərəli qarşılıqlı fəaliyyətindən söhbət açılmışdır.

Sonda mövzulara uyğun slaydlar nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu