Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 26 avqust 2016-cı il tarixində Lənkəran rayonunun Liman şəhərində “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir.
Təlimin keçirilməsində əsas məqsəd şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və həmin hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsinin, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, yanğın baş vermiş obyektlərdə və qəzalı vəziyyətdə olan binada yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə ilkin tibbi yardım, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsindən ibarət olmuşdur.
Təlim Liman şəhər Neft Bazasında və Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında keçirilmişdir.
Təlimə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının və Liman şəhər Neft Bazasının qüvvə və vasitələri cəlb olunmuşdur.
Təlim zamanı şərti olaraq baş vermiş zəlzələ zamanı köhnə tikililər qismən dağıntılara məruz qalmış, bina və sənaye obyektlərində, eləcə də neft çənlərində şərti yanğınlar baş vermiş, kommunikasiya xətləri sıradan çıxmışdır. Kəşfiyyat qrupları tərəfindən ilk növbədə hadisə yerinə baxış keçirilmiş, zəlzələnin fəsadları müəyyənləşdirilmişdir. Hadisə zamanı xəsarət almış fəhlələrin təxliyyə və xilas olunması ilə bağlı təlimlər nümayiş etdirilmişdir.
Yekunda təlimə cəlb olunan qurumların fəaliyyətinə dair məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxu