Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 25 avqust 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə Astara Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Təbliğat xarakterli tədbirdə Astara Rayon İcra Hakimiyyətinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Astara rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Astara Mərkəzi Xəstəxanasının kollektivi iştirak etmişlər.

Tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri haqqında məlumat verilmişdir. Eyni zamanda, səhiyyə müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqların yenisi ilə əvəz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonda müxtəlif mövzularda hazırlanmış maarifləndirici videoçarxlar nümayiş olunmuş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar ...

Ardını oxu