Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə 25 avqust 2016-cı il tarixində Suraxanı rayonundakı 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin işində Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Dövlət Sularda Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə “Zəlzələ zamanı davranış qaydaları”, “Sel və daşqın zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “Civə dağılmaları zamanı davranış qaydaları”, “112” qaynar xətti və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur. Həmçinin tədbir iştirakçılarına fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri barədə də məlumat verilmişdir.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar ...

Ardını oxu