Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 avqust 2016-cı il tarixində Nazirliyin bölgədəki digər qurumlarının iştirakı ilə Lənkəran Müalicə Diaqnostika Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Təbliğat xarakterli tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Lənkəran Müalicə Diaqnostika Mərkəzinin tibb heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsinin yaranma səbəbləri haqqında məlumat vermişlər. Eyni zamanda, səhiyyə müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonda müxtəlif mövzularda hazırlanmış maarifləndirici videoçarxlar nümayiş olunmuş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu