Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 24 avqust 2016-cı il tarixində Gəncə şəhər 2 nömrəli poliklinikasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantının keçirilməsində məqsəd klinikanın kollektivinə fövqəladə hadisələrin yaranma səbəbləri, onlardan qorunma yolları və yanğın təhlükəsizliyi qaydaları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə təbii və texnogen mənşəli hadisələrin yaranması və onlardan qorunma qaydaları fotoslaydlar üzərində ətraflı izah edilmiş, “112” qaynar telefon xətti, məişətdə civə dağılmalarının təhlükəsi haqqında da geniş məlumat verilmişdir.

Sonda mövzulara dair filmlər nümayiş olunmuş, “Suda zərərçəkmişə yardımın göstərilməsi” və “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzusunda plakatlar müəssisənin rəhbərliyinə təqdim edilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu