Geri

FHN-in Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 avqust 2016-cı il tarixində Beyləqan rayon İcra Hakimiyyətinin  ictimai-siyasi orqanı olan “Beyləqan” qəzetinin redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları və bu sahədə insanların maarifləndirilməsində mətbuatın rolu” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Qəzet kollektivi ilə yanaşı, Beyləqan rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Beyləqan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə “Zəlzələ zamanı davranış qaydaları”, “112 zəng mərkəzinə müraciət qaydaları”, “Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” mövzularında çıxışlar edilmiş, region ərazisində yaşayan və fəaliyyət göstərən əhalinin maarifləndirilməsi prosesində mətbuatın danılmaz rolundan ətraflı bəhs edilmiş, onların fövqəladə hallara hazırlığı, hadisə zamanı özünə və başqasına kömək etməyi bacarması, mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılmasını nəzərdə tutan materialların dövri mətbuat vasitəsi ilə əhaliyə mütəmadi çatdırılmasının vacibliyi fikri vurğulanmışdır.

Sonda suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu