Geri

Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Qəbələ rayonunun ictimai-siyasi qəzeti olan“Qəbələ” qəzetinin əməkdaşlarının iştirakı ilə 23 avqust 2016-cı il tarixində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

“Dəyirmi masa”da fövqəladə halların yaranma səbəbləri, qarşısının alınması və nəticələrinin aradan qaldırılması barədə danışılmış, ərazi üçün xarakterik olan təbii fəlakətlər, texnogen qəzalar və texniki təhlükəsizlik, məişətdə elektrik və qaz cihazlarından düzgün istifadə qaydaları, “112” zəng xidməti haqqında məlumat verilmişdir. Tədbirdə, həmçinin fövqəladə hallar zamanı davranış qaydalarına həsr olunmuş materialların dövri nəşrlərdə mütəmadi dərc olunmasının vacibliyi qeyd edilmiş, mövzuya dair məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu