Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 23 avqust 2016-cı il tarixində Quba Rayon Gənclər Mərkəzində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə baş verə biləcək fövqəladə halların qarşısının vaxtında alınmasında Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, yay mövsümü ilə əlaqədar su obyektləri və çimərliklərdə təhlükəsizlik qaydaları, təxliyyənin təşkili, yaşayış binaları və obyektlərin tikintisində yanğın təhlükəsizliyi norma və qaydaları, tikinti zamanı binaların fasadlarının quraşdırılması zamanı odadavamlı materiallardan istifadənin vacibliyi, qaz və yüksək gərginlikli elektrik xətlərinə, habelə çay yataqlarına yaxın ərazilərdə yaşayış evlərinin tikilməsinin fəsadları, meşə və əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması, təhlükəsizliyimizin təmin olunmasında “112” qaynar xəttinin rolu kimi mövzular haqqında ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə kurslar keçirilib

20-29 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar ...

Ardını oxu