Geri

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları çimərlik mövsümü ilə əlaqədar sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirir. Həmin əməliyyat tədbirləri nəticəsində 17 avqust  2016-cı il tarixində Sumqayıt  şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində taxta qayıq istifadəçisi tərəfindən, 18 avqust 2016-cı il tarixində isə Bakı şəhəri Sabunçu rayonu Hövsan qəsəbəsi ərazisində mühərrikli rezin qayıq istifadəçisi tərəfindən “Kiçik Həcmli Gəmilərin Texniki Nəzarət” qaydalarının pozulduğu faktı aşkar edilmişdir.

20 avqust 2016-cı il tarixində Bakı şəhəri  Şüvəlan  qəsəbəsi ərazisində hidrosikl istifadəçisi tərəfindən “Kiçik Həcmli Gəmilərin Təhlükəsiz İstismarı” qaydalarının pozulduğu faktı da müfəttişliyin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Hər üç halda gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Çimərlik mövsümü ilə əlaqədar olaraq Müfəttişlik tərəfindən nəzarət tədbirləri davam etdiriləcəkdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu